Putindən müxalifətə məsləhət: “Hakimiyyəti söyməklə…”

Rusiya Prezidenti Vladimir Putin TASS-a verdiyi müsahibədə müxalifət nümayəndələrinə potensial seçicilərə müsbət proqramlar təklif etməyi və mövcud hökuməti sadəcə söyməməyi tövsiyə edib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı bunu “Vladimir Putinə 20 sual” layihəsi çərçivəsində bildirib.

“Hakimiyyəti söyməklə seçiciləri lazım olan şəxslərin məhz onlar (müxalifətçilər) olduğuna inandırmaq kifayət etmir. Mütləq pozitiv proqramlar təqdim etmək lazımdır”, – deyə Rusiya dövlət başçısı qeyd edib.

V. Putin deyib ki, təkcə tənqid ölkənin effektiv inkişafı üçün kifayət deyil.

Onun sözlərinə görə, fikirlərini elektorata çatdırmaq üçün “mütləq icazəsiz aksiyalar təşkil etmək lazım deyil”, bunu internetdən və mediadan istifadə etməklə də etmək olar.

“İcazə alın, gedin və öz fikirlərinizi bildirin”, – deyə Rusiya lideri əlavə edib.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

İdlibdə məktəb və xəstəxanalar bombalandı, ölənlər var

SONRAKI XƏBƏR

Koronavirusa qarşı peyvənd tapıldı? – Türkiyədən kritik açıqlama