Putin Ərdoğana zəng etdi

Putin Ərdoğana zəng etdi

Rusiya Prezidenti Vladimir Putin bu gün Türkiyə dövlət başçısı, 66 yaşını qeyd edən Rəcəb Tayyib Ərdoğana zəng edərək doğum gününü təbrik edib.

Teleqraf.com xəbər verir ki, telefon söhbəti zamanı Putin türk-rus münasibətlərinə verdiyi şəxsi töhfəyə görə Ərdoğana təşəkkür edib.

Eyni zamanda aprel ayında keçirilməsi planlaşdırılan Türkiyə-Rusiya Əməkdaşlıq Şurasının toplantısı ilə bağlı hazırlıqlar müzakirə edilib.

 

Mənbə: www.ens.az