Küveyt koronavirusa görə limanlarını bu ölkələrə bağladı - SİYAHI

Küveyt koronavirusa görə limanlarını bu ölkələrə bağladı - SİYAHI

Küveytin liman idarəsi koronavirusun kəskin yayıldığı bir sıra ölkələrdən gələn gəmilər üçün limanlarını bağlayıb. Day.az xəbər verir ki, verilən qərar Yaponiya, Sinqapur, Tayiland, İtaliya, İran və İraq gəmilərinə şamil olunub.

Bununla belə yalnız neft daşıyan tankerlərin yoxlanılmadan keçərək limanlara yaxınlaşmasına icazə verilir.

Qeyd edək ki, bu günə qədər Küveytdə 25 koronavirusa yoluxma faktı qeydə alınıb.

Qeyd edək ki, son məlumata görə, dünyada bu virusa yoluxanların sayı 80 mini keçib, 2 mindən çox nəfər isə ölüb.

Mənbə: news.day.az