Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

APA-nın xəbərinə görə, paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Ölkənin şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endirilib.

Mənbə: lent.az