ABŞ-ın Cənubi Koreyadakı hərbi bazasında 1 əsgər koronavirusa yoluxub

ABŞ-ın Cənubi Koreyadakı hərbi bazasında 1 əsgər koronavirusa yoluxub

Bir ABŞ əsgərinin koronavirus testləri positiv çıxıb. ABŞ-ın Cənubi Koreyadakı hərbi rəsmiləri ABŞ xidmət üzvünün ilk təsdiqlənmiş yoluxma halının qeydə alındığını bildirib.

ABŞ Silahlı Qüvvələrinin Koreyadan verdiyi açıqlamada 23 yaşlı virusa yoluxmuş kişinin fərdi şəkildə karantinə yerləşdirildiyini deyib.

Əsgər ölkənin cənub-şərq hissəsindəki ABŞ ordusu bazası olan Karol düşərgəsində yaşayıb, eyni zamanda Volker düşərgəsini də ziyarət edib.

"Səhiyyə işçiləri başqalarında virusa yoluxma olub-olmadığını müəyyənləşdirmək üçün aktiv şəkildə xəstə ilə kontaktda olanları araşdırır” - deyə, ABŞ-ın Cənubi Koreyadakı hərbi qüvvələrinin bəyanatında bildirilib.

Hər iki hərbi baza Cənubi Koreyanın son bir həftə ərzində koronavirusun yayılma episentrinin yaxınlıığında yerləşir.

Cənubi Koreya rəsmiləri çərşənbə günü 169 nəfər yeni yoluxma hadisəsi qeydə alınmaqla, ümumilikdə təsdiqlənmiş infeksiyaların sayının 1146-a çatdığını təsdiqləyib. Keçən həftə bu say yalnız 30 idi.

Cənubi Koreyada koronavirusdan ölənlərin sayı 12 nəfər təşkil edir.

Cənubi Koreyaya yoluxanların əksəriyyəti ölkənin dördüncü ən böyük şəhəri olan Daequda və ətrafında yaşayanlardır. ABŞ ordusunun bölgədə minlərlə hərbi qulluqçusu xidmət göstərir.

Çərşənbə axşamı ABŞ-ın Müdafiə Naziri Mark Esper Cənubi Koreya ilə qarşıdan gələn illik ortaq hərbi təlimlərin virus narahatlığı səbəbi ilə təxirə salınacağını deyib.

 

Mənbə: www.amerikaninsesi.org