Həsən Ruhani: İran ABŞ-a koronavirusdan sui-istifadə etməyə imkan verməyəcək

Həsən Ruhani: İran ABŞ-a koronavirusdan sui-istifadə etməyə imkan verməyəcək

Həsən Ruhani iranlıları şayiələrə inanmamağa, xəstəliklə bağlı yalnız rəsmi mənbələri dinləməyə və Səhiyyə Nazirliyinin qabaqlayıcı tövsiyələrinə əməl etməyə çağırıb...

"İran ABŞ-a imkan verməyəcək ki, koronavirusdan istifadə edərək, ölkədə qorxu yaratsın."

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani bu gün nazirlər kabinetində çıxışı zamanı deyib.

Həsən Ruhani ABŞ dövlət katibi Mayk Pompeonun ötən gün İrandakı koronavirusla bağlı fikirlərinə münasibət bildirərək, vurğulayıb ki, ABŞ İrandakı bütün qurumların tətil edilməsi və fəaliyyətinin dayandırılması arzusundadır.

İranda mövcud vəziyyətdə heç bir şəhərin karantinə alinmayacağını və tezliklə təhsil ocaqlarının fəaliyyətə başlayacağını deyən Həsən Ruhani əlavə edib ki, ölkəsi ABŞ-a koronavirusdan sui-istifadə edərək, ölkədə qorxu yaratmağa imkan verməyəcək.

Həsən Ruhani iranlıları şayiələrə inanmamağa, xəstəliklə bağlı yalnız rəsmi mənbələri dinləməyə və Səhiyyə Nazirliyinin qabaqlayıcı tövsiyələrinə əməl etməyə çağırıb.

ABŞ dövlət katibi Mayk Pompeo ötən gün bildirib ki, "İran koronavirusla bağlı həqiqətləri gizlədir."

Mənbə: www.interaztv.com