Vyanada İran nüvə sazişilə bağlı 4+1 formatında toplantı işinə başlayıb

Vyanada İran nüvə sazişilə bağlı 4+1 formatında toplantı işinə başlayıb

Məlumata görə tərəflər nüvə sazişinin bütün müddəalarının yerinə yetirilməsinin zəruriliyini elan ediblər...

4+1 və İran Vyanada vaxtilə rəsmi Tehranla əldə edilmiş nüvə sazişini müzakirə etmək üçün bir araya gəliblər.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu gün Vyanada İran, Britaniya, Fransa, Almaniya XİN rəsmiləri və Avropa İttifaqının rəsmi nümayəndəsi Helqa Şmidin iştirakı ilə toplantı işinə başlayıb.

Məlumata görə tərəflər nüvə sazişinin bütün müddəalarının yerinə yetirilməsinin zəruriliyini elan ediblər.

İranın XİN rəhbərinin müavini Abbas Əraqçinin sözlərinə görə bu toplantıda Avropa tərəfinin İrana vəd etdiyi "İnsteks" sisteminin tam şəkildə işə salınması ilə bağlı müzakirələr aparılıb.

Mənbə: www.interaztv.com