Novruz Qartal: Xocalıda törədilən qətliamı bütün dünyaya tanıtmalıyıq

Novruz Qartal: Xocalıda törədilən qətliamı bütün dünyaya tanıtmalıyıq

Fevralın 26-sı Azərbaycan tarixinin ən faciəli günlərindən biridir. Xocalı soyqırımı xalqımızın yaddaşından heç vaxt silinməyəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edən Əməkdar artist Novruz Qartal deyib.

O bildirib ki, ermənilərin Xocalıda törətdikləri qətliam heç vaxt yaddan çıxmamalı və bu cinayət bütün dünyaya çatdırılmalıdır. Çünki erməni faşistlərinin Azərbaycan xalqına qarşı törətdikləri Xocalı faciəsi bütün bəşəriyyətin gözü qarşısında olub.

Əməkdar artist, həmçinin bildirib : “Prezident İlham Əliyev Paşinyanı bütün dünyanın gözü qarşısında elə hala saldı ki, Ermənistanın baş naziri öz dili ilə Qarabağın Azərbaycan torpağı olduğunu dedi. Ermənilər tarixboyu bizim başımıza müsibətlər gətirib, türk millətinin qatı düşməni olublar. Bunu unutmamalıyıq. Biz hər ilin bu günü şəhidlərimizin xatirəsini yad edirik. Bu, bizim müqəddəs borcumuzdur. Allah şəhidlərimizə rəhmət eləsin”.

Mənbə: azertag.az