Nəbi Qafarov: Mənfur ermənilər Xocalıda xalqımıza mənəvi-psixoloji zərbə vuraraq soyqırımı törədiblər

Nəbi Qafarov: Mənfur ermənilər Xocalıda xalqımıza mənəvi-psixoloji zərbə vuraraq soyqırımı törədiblər

Xocalıdakı soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, bu, eyni zamanda, bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

Bu sözləri Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edən “Yeniləşən Dövlətə Dəstək” İctimai Birliyinin sədri Nəbi Qafarov AZƏRTAC-a müsahibəsində söyləyib.

Düz 28 il əvvəl mənfur ermənilərin xarici dairələrinin köməyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək, xalqımıza mənəvi-psixoloji zərbə vurmaq üçün Xocalıda azərbaycanlılara qarşı soyqırımı həyata keçirdiklərini bildirən N.Qafarov mənfur düşmənlərimizin dinc şəhər sakinlərinə qarşı misli görünməmiş zorakılıqlar törətdiklərini, şəhəri ələ keçirərək darmadağın etdiklərini bildirib. O deyib: “Biz təşkilat olaraq erməniləri və onların havadarlarını lənətləyirik. Düşünürük ki, biz nəinki Qarabağı, eyni zamanda, İrəvanı, Zəngəzuru da erməni işğalından azad etməliyik”.

Mənbə: azertag.az