Keçmiş həkimi Trampın yeməyinə gizlincə tərəvəz qarışdırdığını açıqladı

Keçmiş həkimi Trampın yeməyinə gizlincə tərəvəz qarışdırdığını açıqladı

Son olaraq Donald Tramp ilə çalışdıqdan sonra təqaüdə çıxan Ağ Evin həkimi Roni Cekson Trampın sağlam qidalanacağı təqdirdə 200 yaşına qədər yaşaya biləcəyini söyləyib. Cekson açıqlamasında Trampın faydalı qidalanması üçün yeyəcəyi kartof püresinin içərisinə gizli şəkildə gül kələmi qarışdırdığını söyləyib.

Hokm.az moderator.az-a istinadən xəbər verir ki, ötən ilin dekabr ayında Ağ Evdən təqaüdə çıxan doktor Roni Cekson “fəst-fud” asılılığı ilə tanınan və qolfdan başqa idmanla məşğul olmayan Trampın bədən kütləsi indeksinə görə artıq çəkili olduğunu söyləyib.

Cekson bundan başqa Ağ Evdə Tramp üçün bir məşq velosipedi aldıqlarını, ancaq dövlət başçısının onndan çox istifadə etmədiyini bildirib.

Mənbə: hokm.az