Miqrasiya könüllülərindən “Xocalıya ədalət” kampaniyasına dəstək - FOTOLAR

Miqrasiya könüllülərindən “Xocalıya ədalət” kampaniyasına dəstək -  FOTOLAR

“Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Miqrasiya könüllüləri aksiya keçiriblər. Azvision.az xəbər verir ki, onlar paytaxtın Nizami küçəsində, o cümlədən alış-veriş mərkəzlərinin qarşısında əcnəbilərə və gənc nəslə Xocalı soyqırımının təfərrüatlarını əks etdirən informasiya bülletenləri və flayerlər paylayıblar.

Kampaniyaya qatılanlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, 28 il əvvəl Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımı barədə ətraflı məlumatlandırılıblar. Aksiya boyu insanlar xüsusi hazırlanmış çərçivədə şəkillər çəkdirib şəxsi sosial hesablarında paylaşıblar.

Mənbə: azvision.az