Niderlandda fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Dərnəyi Xocalı soyqırımının ildönümü ilə əlaqədar aksiya keçirib

Bakı, 26 fevral, AZƏRTAC

Niderlandda fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Dərnəyi Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ermənistanın bu ölkədəki səfirliyinin qarısında etiraz aksiyası keçirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada Xocalıya ədalət tələb olunub. Aksiya iştirakçıları Xocalıda ermənilər tərəfindən törədilmiş amansız qətliamı pisləyiblər. Onlar erməni vəhşiliyinə etiraz olaraq müxtəlif dillərdə “Xocalıya ədalət!”, “Qarabağ Azərbaycandır!”, “Ermənilər, Qarabağdan rədd olun!” və digər şüarlar səsləndirib, plakatlar nümayiş etdirib, sonda səfirliyə petisiya təqdim ediblər.

Mitinqdə bildirilib ki, haqq-ədalət mütləq öz yerini tapacaq və Xocalı soyqırımını törədənlər bir gün cəzalandırılacaqlar, ermənilər işğal etdikləri torpaqları gec-tez tərk edəcəklər.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

“Nərgiz” fondundan Xocalı faciəsinə həsr olunmuş yeni layihə - VİDEO

SONRAKI XƏBƏR

İsmayıllı: Daha bir il sosial-iqtisadi uğurlarla yadda qaldı