Ankarada VACİB TOPLANTI: Türkiyə və Rusiya heyəti yenidən görüşəcək

Ankarada VACİB TOPLANTI: Türkiyə və Rusiya heyəti yenidən görüşəcək

Ankarada Türkiyə və Rusiya nümayəndə heyəti arasında İdlibdəki vəziyyətlə bağlı keçirilən toplantı başa çatıb.

Publika.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. Açıqlamaya görə, danışıqlar sabah davam edəcək. Qeyd edək ki, Suriya ordusunun Soçi müqaviləsinin şərtlərini pozaraq müxalifət qüvvələrinin nəzarətindəki İdlibə hücum etməsi vəziyyəti gərginləşdirib. Türkiyə humanitar böhranın qarşısını almaq üçün İdlibə əlavə qüvvələr göndərib.

Buna baxmayaraq, Suriya ordusu Rusiyanın dəstəyi ilə əməliyyatları davam etdirir.

Anar Türkeş

Mənbə: publika.az