Rusiya arsenalını daha da gücləndirdi: Raket sistemləri...

Rusiya Hərbi Hava Qüvvələrinin arsenalına ilk S-350 Vityaz orta mənzilli hava hücumundan müdafiə raket sistemləri əlavə edilib.

Axar.az xəbər verir ki, bu haqda məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Verilən məlumata görə, sistemlər artıq zenit-raket qüvvələrinin təlim mərkəzinə yerləşdirilib.

“S-350-lər artıq düşmən təyyarələrinin aşkarlanmasına və məhv edilməsinə yönəlmiş sınaqlardan uğurla keçib” – deyə nazirliyin məlumatında bildirilir.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Sumqayıt hadisələri: haqq nazilsə də, üzülmədi

SONRAKI XƏBƏR

“Avropa məkanında İtaliya bizim üçün bir nömrəli tərəfdaş ölkədir”