Sumqayıtda Xocalı faciəsinin ildönümü ilə bağlı yürüş keçirildi

Sumqayıtda Xocalı faciəsinin ildönümü ilə bağlı yürüş keçirildi

Sumqayıtda Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

“Report” xəbər verir ki, əvvəlcə ümumşəhər yürüşü təşkil olunub.

Yürüşdə şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak edib. Göyərçin abidəsinin önündən başlayan və Şəhidlər Xiyabanınadək davam edən yürüşün məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu cinayəti bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olub.

Şəhidlər Xiyabanında Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mənbə: report.az