Putin oxşarının olduğu barədə iddialara aydınlıq gətirib

Putin oxşarının olduğu barədə iddialara aydınlıq gətirib

Rusiya Prezidenti Vladimir Putin öz oxşarı ilə bağlı iddialara aydınlıq gətirib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, V. Putin TASS-a müsahibəsində onu oxşarının əvəzləməsi haqda təklif aldığını etiraf edib.

Rusiya Prezidenti buna səbəb kimi 2000-ci illərin əvvəllərində təhlükəsizlik məsələlərinin əsas gətirildiyini vurğulayıb.

“Bəli, belə bir ideya yaranmışdı, lakin mən bundan imtina etdim. Bu, terrorizmlə mübarizədə ən çətin vaxtlar idi", - deyə V. Putin qeyd edib.

Mənbə: apa.az