Zelenski və Ərdoğan hərəkətə keçdi

Zelenski və Ərdoğan hərəkətə keçdi

Ukrayna Türkiyə ilə birgə Krım tatarları üçün nəzərdə tutulan mənzil inşası layihəsinə start verib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynada Krım tatarlarının yerləşdirilməsi üçün nəzərdə tutulan 500 mənzilin tikilməsi barədə razılaşmışdıq. Artıq mənzillərin tikintisi üçün yaxın günlərdə Ukraynaya Türkiyədən nümayəndə heyəti gələcək. Həmin nümayəndə heyəti mənzillərin tikintisi üçün münasib olan ərazini müəyyənləşdirəcək”, – Prezident bildirib.

Qeyd edək ki, Ərdoğan Ukrayna səfəri çərçivəsində Xersonda Krım tatarları üçün 500 mənzilin tikilməsi ilə bağlı ukraynalı həmkarı ilə razılaşdığını açıqlamışdı.

Mənbə: axar.az