BMT rəsmisi: “Nüvə silahı yarışı dünyanı təhdid edir”

BMT rəsmisi: “Nüvə silahı yarışı dünyanı təhdid edir”

“Nüvə silahı yarışının əhatə dairəsi ABŞ və keçmiş Sovet İttifaqı arasındakı Soyuq Müharibənin ən yüksək həddə olduğu 1970-ci illərdən bu yana ilk dəfə dünyanı təhdid edir”. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu BMT baş katibinin müavini və tərksilah işləri üzrə nümayəndəsi İzumi Nakamitsu deyib.
O, heç bir dövlətin adını çəkməsə də, dövlətlər, xüsusən nüvə silah olan dövlətlər arasındakı münasibətlərin sarsıldığını açıq şəkildə bildirib.
Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az