Paşinyan onu tənqid edənlərə qarşı gizli dinləmək və xarici nəzarət həyata keçirməyi tapşırıb

Paşinyan onu tənqid edənlərə qarşı gizli dinləmək və xarici nəzarət həyata keçirməyi tapşırıb

Ermənistan Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin gizli dinləmə funksiyasını həyata keçirən bölməsinin işlərini gücləndirmək və bu işlə məşğul olanların sayını əhəmiyyətli dərəcədə artırmağı tapşırıb. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyanı tənqid edən bütün şəxslərə qarşı gizli dinləmək və xarici nəzarət həyata keçirmək tapşırılıb.
Təkcə Paşinyanı tənqid edənlər deyil, eyni zamanda onu tənqid edənlərin ailə üzvləri və yaxınları gizli dinləmə mövzusudur.
Qeyd olunur ki, gizli dinlənilənlərin bu cür misli görünməmiş sayı heç vaxt olmayıb.
Başqa cür desək, Ermənistan Milli Təhlükəsizlik Xidməti resursunun böyük bir hissəsi Ermənistanda Paşinyan əleyhdarlarına qarşı nəzarət həyata keçirmək və bu barədə ona məruzə etmək üzərində mərkəzləşib.
Məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti zabitlərindən bir çoxu yaranmış misilsiz vəziyyətə sadəcə heyran qalıb.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az