ABŞ-dan şok etiraf: Rusiyaya uduzuruq

ABŞ-ın dünyadakı hərbi üstünlüyü sarsılıb.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Qərargah Rəislərinin Birləşmiş Komitəsinin rəhbəri general Mark Milley Konqresin Nümayəndələr Palatasının Silahlı Qüvvələrlə bağlı dinləmələrindəki çıxışında deyib.

Onun sözlərinə görə, Çin və Rusiya hərbi sahədə öz imkanlarını artırırlar.

“Bizim rəqabət üstünlüyümüz sarsılıb və heç kim bunu şübhə altına ala bilməz. Çin və Rusiya ABŞ və müttəfiqlərini ötüb keçmək və dünyadakı təsirini təmin etmək üçün hərbi imkanlarını artırır”, - Milley deyib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Paşinyan onu tənqid edənlərə qarşı gizli dinləmək və xarici nəzarət həyata keçirməyi tapşırıb

SONRAKI XƏBƏR

Tələbə-rektor ilin idmançısı seçildi