Ermənistanın səhiyyə naziri gürcü həmkarına zəng vurdu, Azərbaycandan Covid-19 virusu aparan şəxsə görə...

Ermənistanın səhiyyə naziri gürcü həmkarına zəng vurdu, Azərbaycandan Covid-19 virusu aparan şəxsə görə...

Ermənistanın səhiyyə naziri Arsen Torosyan Gürcüstan ərazisində ilk koronavirusa yoluxma faktının aşkarlanması ilə əlaqədar Gürcüstanın səhiyyə və sosial müdafiə naziri Yekaterina Tikaradzeyə zəng edib.

Bu barədə Torosyan özünün sosial şəbəkədəki səhifəsində yazıb. Onun sözlərinə görə, telefon əlaqəsinin məqsədi virusun aşkarlanması ilə əlaqədar Gürcüstandakı vəziyyəti aydınlaşdırmaqdır. "Gürcüstan tərəfinin ilkin qənaətinə görə, hazırki mərhələdə 4 nəfər koronavirus şübhəsi ilə müayinə edilib, lakin diaqnoz təsdiqlənməyib. Buna baxmayaraq, onlar 14 gün karantində qalacaqlar".

Xatırladaq ki, ötən gün Gürcüstanın səhiyyə və sosial müdafiə naziri Yekaterina Tikaradze ölkədə koronavirusa ilk yoluxma faktının qeydə alındığını söyləmişdi. Nazirin sözlərinə görə, virus İrandan Azərbaycan ərazisinə gələn 50 yaşlı Gürcüstan vətəndaşında aşkarlanıb. Xəstə yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib və vəziyyəti qənaətbəxş qiymətləndirilib. Nazirin sözlərinə görə, hökumət Gürcüstanda epidemiyanın başlamaması üçün hər şeyi edir. Bundan sonra Gürcüstan hökuməti İranla hava və quru əlaqələrini iki həftə bağlamaq qərarına gəlib.

Virtualaz.org

Mənbə: virtualaz.org