İranda daha bir vəzifəli şəxsdə koronavirus aşkarlandı

İranda daha bir vəzifəli şəxs yeni tip koronavirusa yoluxub.

Publika.az xəbər verir ki, İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri və Qum şəhərinin millət vəkili Müctəba Zünnur koronavirusla bağlı verdiyi analizin nəticələrinin pozitiv çıxdığını açıqlayıb.

Qeyd edək ki, daha əvvəl İran parlamentinin islahatçı millət vəkili Mahmud Sadiqi və Səhiyyə nazirinin müavini İrəc Hərirçidə də yeni tip daşıyıcı aşkarlanmışdı.

Son rəsmi rəqəmlərə görə, İranda 19 nəfər koronavirusdan ölüb, yoluxanların sayı 139-dur. İran hökuməti isə hələ də şəhərlərdə karantin tətbiq edilməməsində təkidlidir.

Zümrüd

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda apteklərin KORONAVİRUS SABOTAJI: “Ölkədə karantin tədbirləri düzgün qurulmayıb” - Adil Qeybulla

SONRAKI XƏBƏR

“KTMT Ermənistan-Azərbaycan sərhədində sabitliyi təmin edə bilər" - Səfir