Fransa prezidenti koronavirusu epidemiya adlandırdı

Fransa prezidenti koronavirusu epidemiya adlandırdı

Fransa Prezidenti Emmanuel Makron dünyada tüğyan edən koronavirus infeksiyasından danışıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, dövlət başçısı Paris xəstəxanasında həkim və səhiyyə işçiləri ilə görüşdə koronavirusu getdikcə yaxınlaşan epidemiya adlandırıb.

Ümumiyyətlə, Fransada 18 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Bunlardan 11-i sağalıb, 2-si isə dünyasını dəyişib.

Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 808 nəfərdir. Virus daşıyıcılarının sayı isə 82 419-dan çoxdur.

Mənbə: report.az