Türkiyənin qardaş dəstəyi -TƏHLİL

Türkiyənin qardaş dəstəyi -TƏHLİL

Ankara Naxçıvanı darda qoymadı

Bir qayda olaraq Azərbaycan və Türkiyə prezidentlərinin qarşılıqlı səfərləri həm Bakı, həm də Ankara üçün mühüm əhəmiyyət kəsb edir, keçirilən ikitərəfli görüşlər və imzalanan sənədlərdə hər iki qardaş ölkənin maraqlarına xidmət edən vacib qərarlar alınır. Elə bu günlərdə qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri öncəsi də bi fikir ekspertlər tərəfindən birmənalı olaraq söylənilirdi. Bildirilirdi ki, Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və keçiriləcək görüşlər ikitərəfli, eləcə də regional miqyasda çoxtərəfli əməkdaşlıq üçün yeni-yeni imkanlar açacaq. Elə gözləntilər də özünü doğrultdu və Türkiyə prezidentinin Bakıda olduğu qısa müddət ərzində keçirdiyi görüşlərin nəticəsi olaraq real addımların atılmasına başlanıldı. Bu sırada xüsusilə Naxçıvan-Dilucu sərhəd keçid məntəqəsi ilə bağlı alınan qərar önəm kəsb edir. Məlum olduğu kimi, dünyada sürətlə yayılmaqda olan koronavirusu səbəbindən Naxçıvan-Dilucu sərhəd məntəqəsində Türkiyə tərəfindən müəyyən məhdudiyyətlər tətbiq olunmuşdu. Həmçinin bir müddət sonra isə heç bir xəbərdarlıq edilmədən sərhəd keçid mıəntəqəsi qardaş ölkə tərəfindən başlanmışdı. Düzdür, Azərbaycan dövləti və xalqı olaraq bu addımın sözügedən virusun yayılmasının qarşısının alınması məqsədilə atıldığı qəbul edilirdi. Ancaq virusun Azərbaycanda yayılmaması və ölkəmizdə ciddi bir təhlükəli tendensiyanın olmadığı halda qardaş ölkə tərəfindən belə bir addımın atılması Azərbaycan cəmiyyətində istər-istəməz narahatçılıq yaratmışdı. Təsadüfi deyil ki, Azərbaycan cəmiyyətinin ifadə etdiyi bu narahatçılıq Rəcəb Tayyib Ərdoğanın Bakıda olduğu müddətdə iki ölkə prezidentləri arasında keçirilən görüşdə də müzakirə edilmişdi. Hər halda dövlət başçılarının görüşü barədə yayılan məlumatlarda qeyd edilirdi ki, sözügedən məsələ barədə narahatçılıq Bakıda olarkən Rəcəb Tayyib Ərdoğanın diqqətinə çatdırılıb. Qardaş ölkənin prezidentinin geri dönər-dönməz Naxçıvanla Türkiyə sərhəddi sayılan Dilucu sərhəd keçid mıəntəqəsinin açılması Türkiyə dövləti və rəhbərliyinin Azərbaycana nə qədər həssa yanaşdığını, hər zaman qardaş Azərbaycanın yanında olduğunu bir daha təsdiqlədi. Nəzərə alsaq ki, Naxçıvan Muxtar Respublikası Türkiyə üçün də mühüm əhəmiyyətə malik bir bölgə hesab edilir və bizə məlum olan tarixi anlaşmalar da Naxçıvanın Türkiyə üçün nə qədər əhəmiyyətli olduğunu ortaya qoyur. Həm qeyd etdiyimiz məqam, həm də digər amillər onu deməyə əsas verir ki, qardaş Türkiyə hər zaman olduğu kimi, günümüzdə də blokada vəziyyətində olan Naxçıvan Muxtar Respublikasının inkişaf etməsi, tərəqqiyə nail olması istiqamətində çalışır, buna səy göstərir. Bundan başqa Türkiyənin iqtisadiyyatında da Muxtar Respublikanın payı danılmazdır. Məhz qeyd etdiyimiz sərhəd keçid məntəqəsi vasitəsilə gün ərzində təkcə Naxçıvan deyil, eləcə də Azərbaycanın müxtəlif bölgələrindən, hətta İrandan belə Türkiyəyə çoxsaylı turistlər səfər edirlər ki, bu da öz növbəsində Türkiyə istisadiyyatına faydasız sayılmır. Ona görə də Diliucu sərhəd buraxılış məntəqəsinin fəaliyyətinin bərpası Azərbaycan qədər Türkiyə üçün də önəmlidir, əhəmiyyətlidir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanda səfərdə olarkən imza atdığı sənədlərdən biri də elə məhz Muxtar Respublika ilə bağlı idi. Belə ki, Prezident Ərdoğanın Bakıda imzaladığı memorandumdan biri Qars-Naxçıvan dəmir yolunun tikintisinə dair idi. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin davamı kimi xarakterizə edilən Naxçıvan-Qars dəmir yolu xəttinin çəkilişi Muxtar Respublikanı nəinki bliokadadan çıxara biləcək, eyni zamanda Naxçıvanın Türkiyə vasitəsilə Avropaya çıxışını təmin edəcək. Elə Ərdoğanla İlham Əliyevin arasında keçirilən görüşdə dövlət başçımızın da qeyd etdiyi kimi Ermənistanın işğalçı siyasətinə görə Naxçıvan uzun illərdir, demək olar ki, blokada, mühasirə şəraitində yaşayır. Naxçıvanda istehsal edilən məhsulların xarici bazarlara çıxarılması böyük problemdir. Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi bu problemi aradan qaldıracaq. Beləliklə, Azərbaycanla Türkiyə arasında yeganə quru sərhədi olan Naxçıvan Muxtar Respublikasının inkişafı, rifah halı daha da yaxşılaşacaq.

Göründüyü kimi, qardaş Türkiyə üçün Azərbaycan qədər Naxçıvan Muxtar Respublikasının da inkişafı, tərəqqi əldə etməsi maraqlıdır. Elə son Diliucu sərhəd keçid məntəqəsi ilə bağlı verilən qərar, həmçinin Naxçıvan-Qars dəmir yolu xətti ilə bağlı imzalanan memorandum belə deməyə əsas verir. Hələ ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olarkən "Ümid" körpüsündən başlanan bu əməkdaşlıq, dostluq-qardaşlıq əlaqələri bui gün daha da irəli gedərək Naxçıvan-Qars kimi mühüm nəqliyyat, dəmir yolu layihələrinin gerçəkləşməsinə yol açır.

Süleyman

Olaylar.az

Mənbə: olaylar.az