Ermənistan hökumətinin yürütdüyü kadr siyasətinin “yaraları”

Ermənistan hökumətinin yürütdüyü kadr siyasətinin “yaraları”

Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Paşinyanın hakimiyyətə gəlməsinə töhfə verən bütün insanlar və qüvvələr, yəni onunla birlikdə addımlayan, küçələri bağlayan və sair dəstək verənlər bu zəhmətləri qarşılığında kompensasiya tələb etmək kimi bir vəziyyətə düşüblər. Ordu.az xəbər verir ki, bu, Ermənistanın “Past” nəşrində dərc olunan məqalədə qeyd olunub.

Müəllifin sözlərinə görə, belə bir vəziyyətdə Paşinyan təkcə ümumi hökumət siyasəti kontekstində deyil, həm də kadr təyinatı şəklində meydana gələn tələblərini qarşılamalı, ödəməli oldu.

“Hakimiyyət dəyişikliyi dövründə Paşinyanla birlikdə addımlayan insanlar, əsasən dövlət idarəetmə aparatı haqqında heç bir təsəvvürə malik olmayan gənclər dərhal rəhbər vəzifələrə gəldilər. Bununla da Paşinyan ümid edirdi ki, heç olmasa dövlət idarəetmə sistemini yeniləyə və fəaliyyətini daha səmərəli və şəffaf edə bilərdi”, - deyə müəllif qeyd edib.

Məqalədə bildirilir ki, kadr seçimini edərkən Paşinyan peşəkarlıq və təcrübə yox, siyasi məqsədəuyğunluğunu nəzərə alıb.

“Ancaq zaman göstərildiyi kimi, eyforiya təsiri altında yüksək vəzifələrə təyin edilənlər özlərini doğrultmur. Paşinyan kadr siyasətinə uygun təyinatlar edərkən Ermənistanda artıq korrupsiyanın olmadığını bildirmək üçün kifayət hesab etsə də, zaman bunun əksini sübut etdi. Çünki bəzi öz təyin etdiyi kadrları, Dövlət nəzarəti xidmətinin rəhbəri, elm, təhsil, idman və mədniyyət nazirinin müavini və şəhərsalma komitəsinin sədri, indi də Acapnyak məhəlləsinin rəhbəri və sairə şəxslər korrupsiya qalmaqalları ilə ortaya çıxdılar.

Bu, mövcud hakimiyyət üzvlərinin korrupsiyadan azad olmadığını göstərdi. Hətta mətbuat konfranslarının birində Baş nazir kadr siyasətində nöqsanların olduğunu etiraf etməli oldu.

Bununla belə, kadr siyasətinin problemləri bunlarla məhdudlaşdırmır, çünki bir çox digər dövlət məmurları aşağı səviyyəli peşəkarlıqları ilə məşhurdurlar.

Buna görə yəqin ki, bir çox məsələlər baş nazirə çatmayanadək və ya baş nazir müdaxilə etməyənə qədər həll edilməməsinin səbəbi budur. Ümumiyyətlə, mövcud problemlərin həlli ilə bağlı cəmiyyətin müxtəlif tələbləri aidiyyəti qurumlara deyil, ilk növbədə baş nazirə ünvanlanır”, - deyə müəllif qeyd edib.

O bildirib ki, hökumət binası qarşısındakı etirazlar, insanların problemlərini həll etmək üçün yalnız baş nazirlə görüşmək istəyini ifadə etməsi bunun əyani təzahürüdür.

“Buna görə Baş nazir dövlət idarəetmə sisteminin müxtəlif səviyyələrində həll edilə biləcək məsələlərlə şəxsən məşğul olmağa məcbur olur. Təsadüfi deyil ki, hökumət iclaslarının birində Baş nazir nazirliklərdən bəzən elə sənədlər daxil olur ki, “bunu hansı sinfin uşağ yazıb?” demək, istəyirsən deyə bir açıqlama verib. Bildiyimiz kimi, nazirliklərin sənədləri hökumətə yalnız nazirlərin və ya vəzifəni icra edən şəxslərin imzası ilə təqdim olunur.

Siyasi baxımdan məqsədəuyğunluğundan irəli gəlsə də, baş nazir bütün dövlət sistemini inqilaba qarşı çıxmaqda günahlandırır, amma digər tərəfdən bu hökumətin “əks-inqilabçı” dövlət idarəetmə sistemini işlədən məktəb səviyyəli nazirləri işə götürdüyünü, vəzifəyə təyin etdiyini etiraf edir.

Bu çərçivədə vacib bir məsələ ictimai maraq kəsb edir. Hökumətin müxtəlif səviyyələrində çalışan yüksək səviyyəli dövlət məmurlarının iş qabiliyyəti peşəkarlığı aşağıdırsa, dövlət büdcəsindən milyonlarla dram şəklində mükafatları necə alırlar?

İş fəaliyyəti nəticəsində ictimaiyyətə fayda verməyi bacaran məmurlar, mükafat alacaq nazirlər və digər yüksək vəzifəli məmurlar üçün qiymətləndirmə miqyası tətbiq etməyin vaxtı çatmadımı?”, - deyə məqalədə bildirilib.
 

 

Mənbə: ordu.az