Prezident üç generalı “Rəşadət” ordeni ilə təltif edib

Prezident üç generalı “Rəşadət” ordeni ilə təltif edib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularının 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

APA xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün, təhlükəsizliyinin və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər:

Cəbrayılov Asif Mikayıl oğlu – general-leytenant

Xəlilov Əsgər Sabir oğlu – general-leytenant

Tağızadə Fərhad Sabir oğlu – general-leytenant.

 

Mənbə: apa.az