“Türkiyə Azərbaycanı hər zaman diqqət mərkəzində saxlayır” – Şərh

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə çoxsaylı səfərləri mövcuddur. Qardaş ölkə Prezidenti Ərdoğanın ölkəmizə səfəri dostluq əlaqələrinin daha da möhkəmlənməsini özündə ehtiva edir. İki ölkə arasında olan sıx əlaqələr verilən qərarlar, müzakirə edilən məsələlərdə də əks edilməkdədir. Səfərlərin hər biri xüsusi əhəmiyyət kəsb etməsi ilə yanaşı, bir tərəfdən əlaqələrin sıx şəkildə inkişafına dəlalət edir. Ötən il ərzində iki qardaş ölkə arasında mövcud olan əlaqələrdə uğura nail olunmuşdur. Bu uğurlardan biri kimi TANAP-ı xüsusilə qeyd etmək lazımdır. Fevral ayının 25-də keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası cari ildə iki dövlət, bir millət arasında geniş imkanlar açacaq, əlaqələrin yüksək şəkildə inkişafına şərait yaradacaqdır. Ölkəmiz ötən ildə dünya səviyyəli tədbirlərə ev sahibliyi etmişdir. Bu tədbirlərdə ən yaxın dəstəkçi dövlətlərdən biri də Türkiyə olmuşdur".

Bu fikirləri Olaylar.az-a siyasi eskpert Əli Miriyev deyib.

O bildirib ki, şura daxilində nazir və prezidentlərin qarşılıqlı, təkbətək görüşlərində, xüsusi sənədlər imzalanmış və qəbul edilmişdir: "Qəbul edilən sənədlər həm maliyyə, həm ticarət, həm hərbi, həm də xarici siyasət sahələrini əhatə edir ki, bu da qarşılıqlı hərbi yardım, vizasız səfərlərin yaradılması, maliyyə imkanları, ticarət hədəfləri məsələlərini özündə ifadə edir.

Qardaş ölkə prezidenti R.T.Ərdoğan öz çıxışında bəyan etdiyi fikirlər ölkəmizin daim diqqət mərkəzində saxlandığını ifadə edir. Ərdoğan ölkəmizin prezidenti cənab İlham Əliyevin beynəlxalq aləmdə, dünya mətbuatında və debatlarda səsləndirdiyi önəmli mesajlara öz müsbət mövqeyini bildirmişdir. Ərdoğan Prezidentimizin siyasi istiqamətində, xalqın fikrinə də dəstək olacağını söyləmişdir. Ölkədə keçirilən seçki hadisələri də müzakirə məsələsi kimi qeyd edilmişdir. Bu hadisə yüksək qiymətləndirilmiş, vətən üçün xeyirli nəticələr olacağı qeyd edilmişdir".

Olaylar.az

ƏVVƏLKİ XƏBƏR

Dünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi: Səhiyyə Nazirliyinin həyata keçirdiyi tədbirlər DST-nin tövsiyələrinə uyğundur

SONRAKI XƏBƏR

İtaliyalı futbolçuda koronavirus aşkarlandı