“Naxçıvan Muxtar Respublikasında elmin inkişafı: mərhələlər,uğurlar, vəzifələr” mövzusunda konfrans keçiriləcək

“Naxçıvan Muxtar Respublikasında elmin inkişafı: mərhələlər,uğurlar, vəzifələr” mövzusunda konfrans keçiriləcək

AMEA-nın Naxçıvan Bölməsində bu il martın 27-də “Naxçıvan Muxtar Respublikasında elmin inkişafı: mərhələlər, uğurlar, vəzifələr” mövzusunda respublika konfransı keçiriləcək.

Bölmənin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, AMEA-nın 75 illik yubileyinə həsr edilən tədbirdə “Azərbaycan Milli Elmlər Akademiyası: təsis edilməsi və inkişaf tarixi”, “Ulu öndər Heydər Əliyev və Naxçıvanda elmin inkişafı”, “Humanitar və ictimai elm sahələrinin inkişafı”, “Fundamental və tətbiqi elm sahələrinin inkişafı”, “Peşəkar elmi kadrların formalaşdırılmasında akademiyanın rolu”, “Elm və istehsalatın qarşılıqlı əlaqəsi” və “Sosial-iqtisadi və mədəni-mənəvi inkişafda elmin rolu” mövzularında müzakirələr aparılacaq.

Konfransda iştirak etmək üçün məruzə mətinlərinin adlarının qabaqcadan göndərilməsi əsasdır. Məruzə mövzularının adı 10 mart, redaktə olunmuş tam hazır mətni isə martın 20-dək [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Mənbə: azertag.az