Putin Ərdoğanla görüşdən imtina etdi: “Başqa işi var” – Kremldən şok

Putin Ərdoğanla görüşdən imtina etdi: “Başqa işi var” – Kremldən şok

“Martın 5-də İstanbulda Türkiyə və Rusiya Prezidentləri arasında görüş keçiriləcəyi hələ məlum deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Hazırda Putinin planında martın 5-də belə bir görüşün keçirilməsi məsələsi yer almır. Rusiya Prezidentinin martın 5-i üçün fərqli planları var”, - Peskov qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün verdiyi açıqlamada martın 5-də İstanbulda rusiyalı həmkarı ilə görüşəcəyini demişdi.

Mənbə: teleqraf.com