Ermənistanın Rusiyadakı səfiri azərbaycanlı jurnalistdən Baş Prokurorluğa şikayət edib - SƏBƏB

Ermənistanın Rusiyadakı səfiri azərbaycanlı jurnalistdən Baş Prokurorluğa şikayət edib - SƏBƏB

Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan Rusiya Baş Prokurorluğuna müraciət edərək azərbaycanlı jurnalist Lev Əsgərovun cəzalandırılmasını tələb edib.
Yeniavaz.com xəbər verir ki, buna səbəb Lev Əsgərovun Rusiyanın məşhur "Nezavisimaya qazeta" qəzetində dərc edilən və 1988-ci ildə Sumqayıtda baş verən hadisələrdən bəhs edən yazısı olub.

Məlumat üçün bildirək ki, Lev Əsgərov

"Sumqayıt faciəsi. Necə başlanıb və nə baş verib” sərlövhəli yazısında müəllif arxiv materiallarına istinadən Sumqayıt hadisələrinin əsl iştirakçılarının ermənilər olduğunu göstərir.

Ermənistanın Rusiyadakı səfiri iddi edib ki, bu yazıda etnik nifrət, ksenofobiya, dini dözümsüzlük təbliğ olunur.

Onu da qeyd edək ki, Əsgərov Lev Mabudoviç 1942-ci il oktyabrın 1-də Bakı yaxınlığındakı Artyom qəsəbəsində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra neft sənayesində fəhləlik edib. Ordu sıralarında hərbi xidmətdə olub (1959-1962). İlk yazıları "Sovetskiy voin" jurnalında və "Za rodinu" qəzetində çıxıb. Ordudan tərxis edilib Kazan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb (1962-1967). "Bakinskiy raboçiy", "Trud" qəzetlərinin xüsusi müxbiri (1967-1973), Krasnovodski vilayət partiya komitəsinin birinci katibinin köməkçisi (1973-1975), Bakı Radio zavodunun "İmpuls" qəzetinin redaktoru, Ümumittifaq müəllifləri hüquq cəmiyyətinin respublika şöbəsinin rəis müavini (1976-1982), Azərbaycan Respublikası kitabsevərlər cəmiyyətinin məsul katibi (1982-1985), Dostluq Cəmiyyətində "Sovet Azərbaycanı" jurnalının baş redaktoru (1987-ci ildən) olub. Rus dilində yazıb-yaradır, hekayə, povest və məqalələri dövri mətbuatda dərc olunub. "Mavi dirəklər" (1973), "Zapiski" (1981), "Xüsusi əlaməti yoxdur" (1986) kitablarında oçerk, hekayə və povestləri toplanmışdır.

Mənbə: www.yeniavaz.com