Zelenskidən tarixi qərar - 26 fevral Krımın işğalına qarşı müqavimət günü elan edildi

Zelenskidən tarixi qərar - 26 fevral Krımın işğalına qarşı müqavimət günü elan edildi

Ukrayna prezidenti Vladimir Zelenski 26 fevral tarixini “Krım Muxtar Respublikası və Sevastopol şəhərinin işğalına qarşı müqavimət günü” elan edib. O qeyd edib ki, Krımın Ukraynaya qaytarılması onun üçün yalnız dövlət başçısı kimi deyil, həm də bir vətəndaş kimi məqsədidir. “Bu yalnız bizim ümumi arzumuz deyil, həm də planetdə təhlükəsizliyin qarantıdır” – deyən Zelenski, beynəlxalq hüquq və ədalətin bərpa olunacağına inandığını bildirib. “Ukraynalı idmançıların və incəsənət adamlarının Krımda yenidən çıxış edəcəyi gün gələcək, Krım-tatar xalqının məclisi isə Simferepolda qanuni binasına qayədacaq” – deyə, Zelenski bildirib.

atv.az

Mənbə: www.atv.az