Türkiyə İdlibdə atəşkəsin əldə edilməsini istəyir

Türkiyə İdlibdə atəşkəsin əldə edilməsini istəyir

Türkiyə və Rusiya nümayəndə heyətlərinin İdliblə bağlı görüşü zamanı rəsmi Ankara Suriyanın İdlib vilayətində atəşkəsə və Soçi memorandumunun icrası ilə bağlı çağırış edib.

“Report” un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Nümayəndə heyətləri arasındakı danışıqlarda İdlibdəki vəziyyətin bütün tərəfləri müzakirə edildi. Tərəfimiz əvvəlcə atəşkəsin təmin edilməsinin vacibliyini bildirdi”.

Bundan əlavə, Ankara humanitar fəlakətin və bölgədən kütləvi miqrasiyanın qarşısını almağa çağırıb.

Mənbə: report.az