Donbassda atışma: Bir Ukrayna əsgəri öldü, digəri yaralandı

Bu gün Donbassda düşmənin Ukrayna Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması nəticəsində bir ukraynalı hərbçi ölüb, digəri yaralanıb.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Birləşmiş Qüvvələrin əməliyyat qərargahının mətbuat mərkəzi “Facebook”dakı səhifəsində məlumat yayıb.

Mənbə separatçıların atəşkəsi 5 dəfə pozduğunu bildirir.

Düşmən Ukrayna mövqelərini Minsk müqavilələri ilə qadağan edilmiş 120 mm çaplı minaatanlardan, həmçinin müxtəlif sistemlərdən, qumbaraatanlardan, ağır pulemyotlardan və kiçik silahlardan atəşə tutub.

“Vostok” əməliyyat-taktiki qruplaşması zonasında düşmən Birləşmiş Qüvvələrin mövqelərini iki dəfə atəşə tutub: Novomixaylovka qəsəbəsi yaxınlığında müxtəlif sistemlərdən və qumbaraatanlardan, Krasnogorovka yaxınlığında tank əleyhinə qumbaraatandan düşmən 6 dəfə atəş açıb.

“Şimal”da isə düşmən Ukraynanın üç mövqeyini atəşə tutub: Novotoşkovskinin yaxınlığında 120 mm-lik minaatanlardan iki dəfə, ağır pulemyotlardan və kiçik silahlardan isə 30 dəqiqəlik atəş açılıb.

Həlak olan döyüşçünün Şostkadan olduğu bildirilir. Onun 28 yaşı olub.

Xatırladaq ki, fevralın 25-də separatçılar Ukrayna Silahlı Qüvvələrinin mövqelərini 28 dəqiqə atəşə tutublar.

Babək Göyüş

KONKRET.az

konkret.az

ƏVVƏLKİ XƏBƏR

"Futbol bir din olsaydı, Messi Tanrı olardı"

SONRAKI XƏBƏR

"İphone 12"-nin təqdimatı koronavirus səbəbindən təxirə düşə bilər