3,5 saatlıq görüş bitdi: Türkiyədən Rusiyaya mesaj

3,5 saatlıq görüş bitdi: Türkiyədən Rusiyaya mesaj

Ankarada Rusiya-Türkiyə heyəti arasında İdlibdəki vəziyyətlə bağlı 3,5 saat davam edən görüş sona çatıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Açıqlamada İdlibdəki son durumun əhatəli şəkildə müzakirə edildiyi, tez bir zamanda atəşkəsin bərpa olunmasını vacibliyinin qarşı tərəfə çatdırıldığı qeyd edilib.

Qeyd edək ki, Rusiya nümayəndə heyəti ötən gündən Türkiyədədir. Dünən görüşün ilk raundu keçirilmişdi.

Mənbə: axar.az