Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə ölümcül SARS-CoV-2 virusunun aşkarlanması səbəbindən sərhədləri bağlamaqdan imtina edib.
“Qafqazinfo” “Belta.by” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı buna ehtiyacın olmadığını söyləyib.
“Bu, boş şeydir”,- deyə o, Belarus Həmkarlar İttifaqları Federasiyasının qurultayında bildirib.
Qeyd edək ki, 28 fevralda Belarusda ilk dəfə koronavirusa yoluxma faktı qeydə alınıb.
Mənbə: qafqazinfo.az