Türkiyənin cavabı - 23 tank, 5 vertolyot məhv edildi

Türkiyənin cavabı - 23 tank, 5 vertolyot məhv edildi

Türkiyə İdlibdə başladığı son hücum nəticəsində "Buk", "Pantsir" zenit-raket kompleksləri, 23 tank, eləcə də 5 vertolyotu məhv edib. Day.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

Nazir əlavə edib ki, artilleriya və pilotsuz uçuş apartları tərəfindən zərbələr ötən gün İdlibdə 33 türk hərbçinin şəhid olmasına səbəb olan Suriya HHQ-nin hava hücumlarına cavab olaraq endirilib.

Qeyd edək ki, fefralın 27-də Türkiyənin İdlibdə aparılan əməliyyatlar çərçivəsində 33 hərbçisi həlak olub, daha 32 nəfər yaralanıb

Mənbə: news.day.az