Qazaxıstanda Xocalı faciəsinə həsr olunan silsilə tədbirlər davam edir

Qazaxıstanda Xocalı faciəsinə həsr olunan silsilə tədbirlər davam edir

Qazaxıstanda Xocalı soyqırımına həsr olunan silsilə tədbirlər davam edir. Azərbaycanın Aktaudakı konsulluğunun dəstəyi ilə ölkənin Aktyübinsk və Qərbi Qazaxıstan vilayətlərində Xocalı soyqırımın 28 ildönümü qeyd edilib.

AZƏRTAC xəbər verir ki, Aktyübinsk vilayətində keçirilən tədbirdə “Azərbaycanlılar Birliyi”nin, Qazaxıstan Xalqlar Assambleyası katibliyinin, “İctimai razılıq” cəmiyyətinin və etnik-mədəni cəmiyyətlərin rəhbər və nümayəndələri, həmyerlilərimiz, yerli ziyalılar iştirak ediblər.Heydər Əliyev Fondu tərəfind

ən hazırlanmış “Xocalıya ədalət” sənədli filminin nümayiş olunduğu tədbirin iştirakçıları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırıldığını bildiriblər.

Tədbirdə ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımı haqqında ətraflı məlumat verilib, bunun bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət olduğu qeyd olunub. Vurğulanıb ki, ermənilər tərəfindən Xocalıda törədilmiş soyqırımı və Azərbaycana qarşı aparılan siyasət daim qınanır və bu ağrı-cılı gün heç vaxt unudulmayacaq.

Tədbirdə Xocalı faciəsini əks etdirən fotosərgi nümayiş olunub.

Həmin gün Qərbi Qazaxıstan vilayətində fəaliyyət göstərən “Birlik” milli-mədəni cəmiyyəti tərəfindən Uralsk şəhərində Xocalı soyqırımına həsr olunmuş anım günü təşkil edilib.

Cəmiyyətin rəhbəri, həmyerlimiz Nəcəf Məmmədov, cəmiyyətin üzvləri, Türkiyənin iş adamları, yerli ziyalıların iştirak etdikləri tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalıya ədalət” sənədli filmi nümayiş edilib.

Çıxışlarda bildirilib ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı təcavüzkar və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Mənbə: azertag.az