Nazirdən şok açıqlama: Hətta təcili tibbi yardım maşınları da vurulub

Nazirdən şok açıqlama: Hətta təcili tibbi yardım maşınları da vurulub

Nazir Hülusi Akar Əsəd rejiminə aid 309 hərbçisini, 5 helikopterini və onlarla texnikasını məhv etdiyi açıqladı.

Dünən axşam İdlibdə yaranmış vəziyyətlə bağlı danışan Türkiyə Milli Müdafiə naziri Hülusi Akar deyib ki, Rusiyanın İdlibdəki rəsmiləri ilə əlaqəli işləsək də, hücum baş verdi və nəticədə 33 Türk əsgəri şəhid olub, 32-i isə yaralanıb.

“Ölkə.Az” xəbər verir ki, hücum alçaqcasına davam etdirilib: “Hava hücumları zamanı hətta təcilli tibbi yardım maşınları nişan alınaraq vurulub. Onu da ayrıca qeyd etmək istərdim ki, hücumlar zamanı Türk əsgərlərinin yanında hər hansı başqa silahlı qrup olmayıb. Bu xain hücumdan sonra dərhal təyyarələr, PUA-lar və qurudan raket, toplarla 200-dən artıq rejimə aid hədəflər ağır atəşı tutulub. Nəticədə 5 helikopter, 23 tank, 10 zirehli texnika, 23 müxtəlif top, minamyot, artileriya qurğuları məhv edilib. 5 silah-sursat daşıyan avtomobil, q SA-17, 1 Sa-22 hava müdafiə sistemi, 3 silah anbarı, 1 qərargah binası, 309 rejim əsgəri məhv edilib. Hücumlarımız davam etməkdədir”.

Nazir deyib ki, indiyədək şəhidlərimizin qanını yerdə qoymadıq və bundan sonra da yerdə qoymayacayıq.

 

Mənbə: olke.az