"Azərbaycanlı bacı-qardaşlarımız Xocalı soyqırımı üçün artıq etiraz səsini ucaltmalıdır" - Türkiyəli jurnalist Məhmət Zəngin

"Azərbaycanlı bacı-qardaşlarımız Xocalı soyqırımı üçün artıq  etiraz səsini ucaltmalıdır" - Türkiyəli jurnalist Məhmət Zəngin

Azərbaycanlı qardaşlarımızın haqlı davalarında Türk xalqı olaraq, daima yanlarındayıq.

Türkiyəli Pedaqoq-jurnalist-yazar Məhmət Zəngin "Xocalı Soyqırımı" ilə bağlı Eurasia Diary-ə verdiyi müsahibəni sizlərə təqdim edirik.

 

Dağlıq Qarabağın Xocalı şəhərində Rusiya ordusunun dəstəyini alan ermənilərin günahsız sivil insanları qətlə yetirməsindən 28 il ötür. Bəşər tarixində ən qəddar qırğınlardan biri 26 fevral 1992-ci ildə Xocalıda baş verdi.

Türkiyəni qondarma soyqırım iddiaları ilə günahlandıran Ermənistan dövlət rəsmilərinin təlimatları istiqamətində Erməni terroristlərinin, Xocalıda mülki, silahsız, uşaq, qadın, qoca və gənc ayrı-seçkiliyi etmədən yüzlərlə qardaşımızı vəhşicəsinə qətlə yetirdi. İşğal nəticəsində 487 nəfər ağır yaralandı, 1275 nəfər girov götürüldü, 150 nəfər isə itkin düşdü,613 nəfər isə həyatını itirdi. İtgin düşənlərin taleyi barədə hələ də bir məlumat əldə edilməyib.

Xocalıdakı soyqırımı erməni diasporasının və pərdə arxasında qlobal aktyorların və digər imperialist güclərin hədəfi kimi seçilən Qarabağ bölgəsinin "Böyük Ermənistan" xülyası çərçivəsində tamamilə aradan qaldırılması məqsədilə həyata keçirildi.

Azərbaycan torpaqlarının beşdə biri hələ də Ermənistanın işğalı altındadır və bir milyondan çox azərbaycanlı qardaşımız yurd-yuvasından köçüb və Azərbaycanın müxtəlif şəhərlərində yaşamaq məcburiyyətində qalıb.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 30 aprel 1993-cü il tarixli 822 saylı yekdil qərarı ilə erməni qüvvələrinin işğal olunmuş ərazilərdən çıxmağını tələb etdi. Lakin bu tələb rəsmi qaydalardan kənara çıxa bilmədi. Ermənilər işğal etdikləri torpaqlardan geri çəkilmədilər. Bundan əlavə, ermənilərin törətdikləri qırğına məhəl qoyulmadı.BMT qətnamələrində qətliamla bağlı hər hansı bir bəyanat verilməsə də, bu, ermənilərin Azərbaycan ərazisini işğal etmələrinin yalnız bir əlaməti idi və bu beynəlxalq hüququn müsəlmanlara tətbiq olunmadığının göstəricisi idi.

Türk millətinə soyqırım törədən damğası vuraraq, beynəlxalq ictimaiyyət qarşısında böhtan və uydurma ssenarilərlə ölkəmizi çətin vəziyyətə salan erməni təfəkkürünün törətdiyi cinayətlərə məhəl qoymaması bəşəriyyətin gördüyü ən böyük ikili standartlardan biridir.

Xocalı qətliamını törədən Ermənistandan cəsarət alaraq, buna bənzər vəhşiliklərə meyl etmək arzusunda olanları bundan çəkindirmək üçün "beynəlxalq ictimaiyyət", Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) lazımi həssaslığı göstərməsini gözləmək əbəsdir. Fələstin ərazilərini işğal edərək, minlərlə günahsız insanı qətl edən qruplaşmaları buna nümunə göstərmək olar.

Bir yandan 14 ildir İslam Hərəmi olan Məscidül Əksa məscidi, digər tərəfdən isə 28 ildir işğal altında olan Azərbaycan torpağı hər ikisi düşmən tapdağı altında inildəyir.

Geçmişdə İslama qarşı Xaç yürüşləri edən güclər indiki zamanda açıq aşkar müharibə edirlər. Bu təkcə siyasi savaş deyil, həm psixoloji həm də texnoloji savaşdır. Və nəticədə günahsız insanlar qətlə yetirilir.

Qərb İslam dünyasını məhv etmək üçün əlindən gələni əsirgəmir. Islam ölkələrini işğal edib, minlərlə müsəlmanı qətlə yetirdi. İndi Azərbaycan, Bosniya və Hersoqovina, Əfqanistan, İraq, Liviya, Fələstin, Somali və sonda isə Myanmar. Xatırlamadığım daha neçə ölkə...

Əsas vacib şərt:

1)Dünya Müsəlmanları güclü bir “İslam Birliği” yaratmalı

2) İqtisadi, mədəni və texnoloji sahədə irəlləyiş etməli

3) Beynəlxalaq və regional ələqələri genişləndirməli

4)Vətəndaş müharibələrinə son qoymalı

5)dünya enerji qaynaqlarının böyük hissəsinə sahib olan İslam dünyası bunun dəyərini bilməli və qorumalı!

İslam dünyası yaşadığı bu çətinlikdən qurtulmalı güclü, sözünü demə ixtiyarında olmalıdır.

Qurani-Kərim daim birgə olmamızı və birliyin əhəmiyyətini, həmçinin istənilən vəziyyətdə hansı çətinliklərlə qarşı-qarşıya qalacağımızı bizə görün necə xəbər verir:

Hamılıqla Allahın ipinə (dininə, Qur´ana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi ne´mətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun ne´məti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız! (Əl-I İmran,103)

Surədə qeyd edildiyi kimi İslam dünyasının qurtuluş resepti İslam qardaşlığı ətrafında cəmləşir.

Azərbaycan qardaşlarımızın haqlı davalarında Türk xalqı olaraq, daima yanlarındayıq. Qətliamı və Azərbaycan ərazilərinin illərlə işğal altında qalmasını qəti şəkildə qınayıram.

Qlobal güclərdən asılı olan bu təşkilatların haqları tapdanmış, zülmə məruz qalmış məzlumlara dəstək olmasını gözləmək boş vaxt itkisidir.

Bəşəriyyət tarixinə qara bir ləkə olan bu qətliamın təşkilatçılarının qanun qarşısında cavab vermələri təmin olunmalıdır. Azərbaycan xalqının hökumət ilə birlikdə işğalçı Ermənistana layiq olduğu cəzanı verməsinin və işğal altındakı əraziləri azad etməsinin vaxtının gəldiyini, hətta keçdiyini düşünürəm.

Türkiyə xalqı "bir millət, iki dövlət" anlayışına uyğun olaraq, hər zaman azərbaycanlı bacı-qardaşlarımızın yanında olacaqdır.

Bu müsibətlərin beynəlxalq hüquqa çıxarılması və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxarılması tələb olunmalıdır.

 

GÜNEL AĞAYEVA

Eurasia Diary

Mənbə: ednews.net