KTMT hərbiçilərinin Azərbaycan-Erməniustan sərhədində yerləşdirilməsi gündəmdə -ŞƏRH

KTMT hərbiçilərinin Azərbaycan-Erməniustan sərhədində yerləşdirilməsi gündəmdə -ŞƏRH

Bu Azərbaycanın maraqlarına ziddir

Rusiya müntəzəm olaraq bu və ya digər regionda, xüsusilə də Cənubi Qafqazda öz ikili oyinu ilə diqqət çəkir. Bir tərəfən Yaxın Şərqdə, əsasən də Suriyada sülh və sabitliyin təmin olunması üçün Türkiyə ilə müttəfiqlik edir, regionda sabitliyə nail olmaq üçün Ankara ilə müzakirələr aparır, digər tərəfdən Suriyadakı Əsəd rejiminə hərbi və siyasi dəstək verərək Türkiyə Silahlı Qüvvələrinə qarşı həyata keçirilən terror hücumlarına vəsilə olur. Yaxud, bir tərəfdən Cənubi Qafqazda sabitliyin və davamlı inkişafın əldə olunması üçün region üçün ən ciddi problem sayılan Dağlıq Qarabağ münaqişəsinin həllinə maraqlı olduğu görüntüsü yaradaraq müntəzəm olaraq Azərbaycan və Ermənistan rəsmilərinin görüşünü təşkil edir, digər tərəfdən region üçün ciddi təhlükə mənbəyi hesab edilən işğalçı ölkəyə davamlı şəkildə hərbi yardım ayıraraq Cənubi Qafqazda sabitliyə nail olmaq istəyini ciddi şəkildə kölgə altına alır, ATƏT-un Minsk Qrupunun həmsədr ölkəsi olaraq tərəfsizliyini şübhəyə salır. Bütün bunlar isə Rusiyanın regional və beynəlxalq imicinə zərbə vurmaqla yanaşı, eyni zamanda onun dəstək verdiyi işğalçı və separatçıların daha da azğınlaşmasına yol açır. Elə bu günlərdə Rusiyanın diqtəsi ilə yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbiçilərininn Azərbaycan-Ermənistan sərhədində yerləşdirilməsi mümkünlüyü barədə mediyaya sızan məlumatlar da belə deməyə əsas verir. Şimal qonşumuzadan gələn, hələlik isə tam rəsmi səviyyədə təsdiq edilməyən bu xəbər haqlı olaraq Azərbaycan cəmiyyətində narazılıq yaradıb. Sözügedən məsələyə diqqətini çəkən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi və Suriyada iki dövlətin toqquşma ehtimalının artması fonunda Moskvadan Cənubi Qafqazdakı forspostu Enmənistana dəstək vədi gəlib. Onun sözlərinə görə, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbiçləri Ermənistan-Azərbaycan sərhəddində yerləşdirilə bilər: "Aydındır ki, səfir Kremlin təlimatıyla bu açıqlamanı verib. Rusiya səfiri bunu belə izah edib ki, Ermənistan və Rusiyanın təhlükəsizlik sahəsində əməkdaşlığı Ermənistan və Azərbaycan sərhədində sabitliyi təmin edə bilər: "Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən danışan səfir deyib: "KTMT vəziyyətin mənfi ssenariyə doğru inkişaf etməməsi, eskalasiyanın baş verməməsində əhəmiyyətli rol oynayır, buna zəmanət verir. Bu, vacib və güclü təhlükəsizlik yastığıdır. KTMT çərçivəsində Rusiya-Ermənistan ikitərəfli təhlükəsizlik əməkdaşlığı da mövcuddur. Düşünürəm ki, bu amillər sabitliyi və barışı təmin etmək üçün kifayət qədər əhəmiyyətlidir".

Politoloq hesab edir ki, rusiyalı diplomatın bu açıqlaması birbaşa Azərbaycanın əleyhinədir: "Belə çıxır ki, Ermənistan müxtəlif istiqamətlərdən atəşkəsi pozaraq Azərbaycan hərbçilərini hədəf götürəcək, biz isə buna qarşlıq verə bilməyəcəyik, çünki sərhəddin o biri tərəfində rusiyalı hərbçilər olacaq. Rusiya Suriyadakı siyasətini eyni ilə Cənubi Qafqazda həyata keçirir. Rusiya Suriyada Bəşər Əsəd rejimini qoruyur, hərbçilərini əməliyyatlara yönəldir, hərbi aviasiyası İdlibi bombalayır ki, Türkiyə bunun qarşılığını verməsin. Türkiyə Rusiya hərbçiləri ilə Suriyada toqquşmaq istəmir. Ancaq Türkiyə şəhidlərinin intiqamını da yerdə qoymayaraq Əsəd rejiminə zərbələr endirir. Rusiya Cənubi Qafqazda da elə bir siyasət yürütmək istəyir ki, Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirsin, istədiyi zaman atəşkəsi pozsun, Azərbaycan isə bunun qarşılığını verə bilməsin. Bu arada, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriroryan İrəvanda olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zasyaya deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində təşkilatdan dəstək gözləyir. İrəvanın ümidi onadır ki, Azərbaycanla münaqişə olacağı təqdirdə təşkilat Ermənistana əməli şəkildə dəstəkləsin. Təşkilatın Rusiyadan başqa heç bir üzvü Azərbaycanla üz-üzə qalmaq istəmir, Qazaxıstan, Qırğızıstan və Belarusun rəhbərlikləri öz hərbçilərini Ermənistan-Azərbaycan sərhəddinə göndərməyəcəklər. Hərbçilərini Ermənistan-Azərbaycan sərhəddinə göndərə biləcək tək ölkə Rusiyadır".

Mənbə: olaylar.az