Ermənistan Müdafiə nazirinin müavini orduda son həftələrdə baş vermiş ölüm hadisələri haqqında danışıb

Ermənistan Müdafiə nazirinin müavini orduda son həftələrdə baş vermiş ölüm hadisələri haqqında danışıb

“Baş nazir də daxil olmaqla müxtəlif vəzifəli şəxslər tərəfindən müxtəlif səviyyələrdə elan olunandan başqa hansısa yeni bir şey var və müvafiq kadr dəyişikləri olub, hazırda bundan artıq nəsə demək səlahiyyətim yoxdur”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə nazirinin müavini Qabriel Balayan orduda son həftələrdə baş vermiş ölüm hadisələrinə toxunarkən bildirib.

O qeyd edib ki, işlər aparılır, cinayət işləri araşdırılır, müəyyən yeni hallar da ortaya çıxır.

“Bu sualları ilkin istintaqı həyata keçirən orqanlara ünvanlamaq düzgün olar”, - deyə Ermənistan Müdafiə nazirinin müavini vurğulayıb.

Xatırladaq ki, son bir ay ərzində qeyri-döyüş şəraitində, müxtəlif hadisələr nəticəsində, Ermənistan ordusunda 14 itki qeydə alınıb. Baş verənlərdən sonra Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polis rəisi Artur Bağdasaryan və Ermənistan Silahlı Qüvvələrinin Mənəvi-Psixoloji Təminat İdarəsi rəisi Aleksan Aleksanyan vəzifəsindən azad olunub.

Mənbə: ordu.az