Qəzzada ölənlərin sayı 47 mini keçdi

Qəzzada ölənlərin sayı 47 mini keçdi

2023-cü il oktyabrın 7-dən Qəzza zolağında aparılan hərbi əməliyyatlarda həlak olan fələstinlilərin ümumi sayı 47 mini keçib.

Bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi "Telegram" kanalında yazıb.

Məlumata əsasən, Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının gərginləşməsi 47 035 nəfərin həyatına son qoyub, 111 000-dən çox insan isə yaralanıb.

Nazirlik bildirib ki, son 24 saat ərzində anklavda daha 122 nəfərin cəsədi aşkar edilib. 340-dan çox fələstinli Qəzzadakı tibb müəssisələrinə tibbi yardım üçün müraciət edib.

Mənbə: publika.az