İrəvan əsgər ölümünün əlacını “tapdı”: Yazmayın!

İrəvan əsgər ölümünün əlacını “tapdı”: Yazmayın!

Hüquq-mühafizə orqanları bəzi hüquq müdafiəçiləri ilə məşğul olmalıdırlar.

Axar.az xəbər verir ki, bunu Ermənistan Müdafiə nazirinin müavini Qabriyel Balayan erməni ordusunda kriminal submədəniyyətin komandirlərdən başladığını bildirən hüquq müdafiəçilərini tənqid edərkən deyib.

“Məndə informasiya var ki, onlar dağıdıcı fəaliyyət göstərirlər. Onlardan bəziləri hər faciəvi insidentdən həzz alır. Əminəm ki, hüquq-mühafizə orqanları bu kimi hallarla məşğul olacaqlar”, – deyə o bildirib.

O, bu hüquq müdafiəçilərinin kim tərəfindən maliyyələşdirildiyinin müəyyən edilməli olduğunu söyləyib.

Qeyd edək ki, Ermənistan ordusunda ilin əvvəlindən bu yana 13 hərbçi qeyri-döyüş şəraitində ölüb. Bu fakt Ermənistanda ciddi ictimai narahatlıq doğurub.

Mənbə: axar.az