Erməni deputat: “Bu gün bizdə elə bir vəziyyət yaranıb ki, zabitlər daim şikayət edirlər”

Erməni deputat: “Bu gün bizdə elə bir vəziyyət yaranıb ki, zabitlər daim şikayət edirlər”

Ermənistan parlamentində ATƏT-in dəstəyi və Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyası ilə birlikdə yaradılmış Təhlükəsizlik Sahəsinin Demokratik Nəzarət Milli Platformasının işlərinin müzakirəsi davam edir. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan parlamentinin “İşıqlı Ermənistan” fraksiyasının katibi Gevorq Qorqisyan platformanın işlərinə və birgə konsepsiyaya toxunaraq zabit hüquqları ilə bağlı məsələ qaldırıb.

O qeyd edib ki, son zamanlar hərbi qulluqçuların hüquqları, xüsusilə də uniformalı insan konsepti barədə danışarkən tez-tez əsgərləri nəzərdə tutur və zabit heyətini unudurlar.

“Bu gün bizdə elə bir vəziyyət yaranıb ki, zabitlər daim şikayət edirlər və bir neçə zabit şəxsən mənə müraciət edib”, - deyə Qorqisyan bildirib.

Qorqisyan bir az da zabit heyətinin problemlərinə də diqqət yetirməyə çağırış edib. Onun fikrincə, zabitlərin problemləri “sahibsiz” qalıb.
 

 

Mənbə: ordu.az