"Paşinyan istəyir ki..." ÖZƏL - ŞƏRH

"Paşinyan istəyir ki..."  ÖZƏL - ŞƏRH

“Martın 31-də qondarma Dağlıq Qarabağ Respublikasında keçiriləcək “prezident seçkiləri” bir sıra prizmadan çox vacib diqqət çəkir. Birincisi, Ermənistan baş naziri Nikol Paşinyan istəyir ki, qondarma DQR-da hakimiyyəti öz əlinə alsın. Hesab edin ki, Ermənistanda başlamış “Məxməri inqilab” qondarma DQR-da yekunlaşmalıdır. Ona görə də Paşinyan istəyir ki, öz adamını orada oturtsun. Onun seçdiyi adam isə Mais Mailyandır". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəz sədrinin sözlərinə görə, Paşinyan hakimiyyəti həm öz əlinə keçirmək istəyir, həm də bir növ istəyir ki, qondarma DQR-nı danışıqlara hazırlasın: "Paşinyanın qondarma DQR-da dəstəklədiyi namizəd hazırki qondarma qurumun "XİN” rəhbəri Mais Mailyandır. O Dağlıq Qarabağ problemini çox əla bilir. O, Avropada, Amerikada dəfələrlə ekspert kimi çıxış edib. O başa düşür ki, qondarma DQR müstəqil olmayacaq və heç Ermənistanın da tərkibində olmayacaq. Mais Mailyan qondarma DQR-da o ermənilərdəndir ki, o başa düşür ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə gedilməlidir və bunun Ermənistan arealında həlli yoxdur. Ona görə Paşinyan Mais Mailyanı ora gətirir. Əslində qondarma DQR-da “seçkilər” Dağlıq Qarabağın özünün daxilində narazılığı ortaya qoyur. Ehtimal ki, qondarma “prezident seçkiləri”ndən sonra da orada narazılıq həddin artıq artacaq. Çünki orada əhalinin böyük əksəriyyəti qondarma qurumun keçmiş baş naziri Arayik Arutyunyanı dəstəkləyir. Çünki o oğrudur. O Qarabağa gələn küllü miqdarda yardımları oğurlaraq mənimsəyib. Arayik Arutyunyanın ən vacib gücü ondan ibarətdir ki, qondarma Dağlıq Qarabağ Respublikasında əhalinin hamısı bankın girovluğundadır. Bu mənada Arayik Arutyunyanın tərəfdarları var. Hazırda çox kəskin qarşıdurma var və gələcəkdə də bu qarşıdurmanın davamı gözlənilir. Paşinyan istəyir ki, bu “seçkilər” möhtəşəm görünsün. Ona görə də xaricdən çoxlu müşahidəçilər dəvət edib. Amerika Konqresmenlərini dəvət etsələr də onlar gəlməkdən imtina ediblər. Onlar deyiblər ki, biz öz köməkçilərimizi və yaxud da ofisimizin əməkdaşlarını göndərəcəyik. Burada bizim Prezident Administrasiyası elə bir iş görəcək ki, heç ABŞ Konqresmenlərinin ofisinin əməkdaşları da qondarma DQR-na gəlməyəcək".

 

Mənbə: sia.az