Keçmiş erməni döyüşçü: “Generalları və təcrübəli zabitləri nüfuzdan saldılar”

Keçmiş erməni döyüşçü: “Generalları və təcrübəli zabitləri nüfuzdan saldılar”

“Ümumilikdə orduda kadr dəyişiklikləri hər zaman olur, çünki zabitlər təhsil alırlar və nəsil dəyişikliyi baş verir”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu keçmiş erməni döyüşçü, ehtiyatda olan erməni polkovnik Volodya Hovhannisyan Ermənistan ordusunda baş verən son dəyişikliklərə toxunarkən deyib.

Hovhannisyanın sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin bütün heyəti, Müdafiə Nazirliyinin bütün sistemi dəyişdirildi.

“Bu dəyişikliklər çox tez baş verəndə ordunu şok və sarsıntılarda qoyur. Bu gün əsasən bütün alay komandirləri, tabor komandirləri dəyişdirilir. Ordu normal inkişaf yaşamır, bu da ordunun döyüş qabiliyyətinə zərbə vurur. Nikol Paşinyan elitar hərbi hissələr adı altında... Bu gün Ermənistanda elitar əsgər onun xüsusi icarəli evdə yaşayan, “cip” və cangüdənlərlə gəzən oğludur”, - deyə o bildirib.

Erməni polkovnik, həmçinin general və zabitlərin nüfuzdan salınmasına toxunub.

“Generalları və təcrübəli zabitləri nüfuzdan saldılar, əvəzinə nə gətirdilər? Heç nə” - deyə Hovhannisyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az