Məktəblilər Xocalı ilə bağlı kompozisiya təqdim ediblər

Məktəblilər Xocalı ilə bağlı kompozisiya təqdim ediblər

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayının təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə dövlət himni səsləndirilib, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olan və XX əsrdə insanlığa qarşı törədilmiş qanlı qətliam – Xocalı soyqırımı və ermənilər tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş vəhşiliklərdən danışılıb.

Sonra tədbir Xəzər rayonu 156 nömrəli orta məktəbin şagirdlərinin Xocalıya həsr etdikləri kompozisiya ilə davam edib.

Mənbə: azertag.az