İdlibdə yaşananlar köç axınını artırdı – Türkiyə XİN

İdlibdə yaşananlar köç axınını artırdı – Türkiyə XİN

İdlibdə yüz minlərlə insanın didərgin düşməsinə səbəb olan son hadisələr Türkiyəyə mövcud köç axınını daha da artırıb.

Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.

“Bu proseslər Türkiyə və dünya ictimaiyyəti tərəfindən izlənilir. Ölkəmizdə məskunlaşan miqrantlara da dərindən təsir edir. Açıq desək, son hadisələrdən təsirlənən suriyalı qaçqınlar Qərb sərhədlərimiz istiqamətdə hərəkət etməyə başlayıblar. Vəziyyət pisləşərsə, bu risk getdikcə daha da artacaq. Qaçqın və sığınacaq axtaranlarla bağlı Türkiyənin siyasətində isə dəyişiklik yoxdur”, - Türkiyə XİN rəsmisi bildirib.

Mənbə: axar.az