NATO-dan İdliblə bağlı ilk açıqlama

NATO-dan İdliblə bağlı ilk açıqlama

“Hücumları qınayırıq, atəşkəs bərpa olunmalıdır. NATO Türkiyənin yanındadır”.

“HaberGlobal”ın məlumatına görə, bu barədə alyansın İdliblə əlaqədar toplantısında bildirilib.

Qeyd edilib ki, Türkiyə NATO üçün önəmli müttəfiqdir və cənub sərhədinin qorunması davam etdiriləcək. Alyans üzvləri, həmçinin, Türkiyəyə dəstəyini ifadə edib, vəziyyəti çox yaxından izlədiklərini, bugünkü görüşdə əsas məqsədin də həmrəyliyi göstərmək olduğunu vurğulayıb.

Bundan başqa, toplantıda Suriya Prezidenti Bəşər Əsədə hücumların dayandırılması üçün tələb irəli sürüldüyü bildirilib.

Mənbə: www.oxu.az