Türkiyədə Xocalı Soyqırımı üçün sərgi təşkil olunub - FOTOLAR

Türkiyədə Xocalı Soyqırımı üçün sərgi təşkil olunub  - FOTOLAR

Türkiyənin Malatya şəhərində Təhsil alan azərbaycanlı tələbələr İnönü Üniversitetində Xocalı soyqırımı ilə bağlı sərgi təşkil ediblər.

Sərgidə Xocalıda baş verən soyqırımı nümayiş etdirən 40-dan çox fotoşəkil yer alıb. Sərginin açılışında çıxış edən Azərbaycanlı tələbələr tədbirə qatılanlara Xocalı Soyqırımın baş vermə səbəblərini, Xocalıda yaşanan insanlığa sığmayan şiddəti, işgənci çatdırıblar.

Moderator.az-a açıqlaqma verən Malatya Tələbə Təmsilcisi Fuad Həsənov "Burada daha çox şəkil sərgiləyə bilərdik, amma şəkilləri seçərkən insanların bu cür dəhşətli şəkilləri görərkən halının pisləşəcəyini nəzərə alıb Faciənin sadəcə bir qismini nümayiş etdirdik. Qatılanların belə izlərkən tüklərinin biz biz olduğu şəkilləri yaşayan insanlarımız olmuş. Tələbələr olaraq Xocalı həqiqətlərini bütün dünyaya nümayiş etdirmək bizim mənəvi borcumuzdur" deyib.

Malatya İnönü Universitetində Xocalı Soyqırımı haqqında şəkil sərgisi açıblar və gələn qonağlara xocalı haqda məlumat olan broşür dağıdıblar.

Sərgidə İnönü Üniversitet heyəti və tələbələri də iştirak edib.

Mənbə: moderator.az